"Neftçi" klubunun kapitanı Emin Mahmudov yazdığı şərhlə diqqət mərkəzinə düşüb.
Offsideplus.az xəbər verir ki, "flaqman"ın tərcüməçisi Vüqar Əliyev sosial şəbəkə hesabında komandanın yeni transferi Keysuke Honda ilə çəkilən şəklini paylaşıb.
Bu foto isə Emin Mahmudovu "qısqandırıb".
Belə ki, Mahmudov paylaşımın şərh bölməsinə zarafatla "Yaxşı ki, Honda gəldi, ancaq onu paylaşırsan" sözlərini yazıb.