Serbiya millisinin kapitanı Duşan Tadiç DÇ-2022-nin seçmə mərhələsinin oyunları ilə bağlı fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, 33 yaşlı hücumçu FIFA-nın rəsmi saytına açıqlamasında bu szöləri deyib:
“Qrupumuz sıxdır və yalnız bir komanda dünya çempionatına birbaşa vəsiqə qazanacaq. Portuqaliya güclü komandadır və bizim üçün ən çətin rəqib onlardır. Bu yaxınlarda İrlandiya yığması ilə oynadıq və onların da yaxşı rəqib olduqlarını bilirik. Lüksemburq və Azərbaycan millisi də bəzi keyfiyyətlərə sahibdir. Buna görə də, seçmə mərhələni keçmək üçün əlimizdən gələnin ən yaxşısını etməliyik”.
Qeyd edək ki, Serbiya yığması martın 24-da İrlandiyanı, 27-də Portuqaliyanı qəbul edəcək, 30-da isə Bakıda Azərbaycanla qarşılaşacaq.