İspaniya millisinin DÇ-2022-nin seçmə mərhələ oyunlarında iştirak edə biləcək futbolçularının adları açıqlanıb.

Offsideplus.az millinin "tvitter" səhifəsindəki məlumata əsasən xəbər verir ki, Luis Enrike 24 futbolçuya dəvət göndərib. Onların arasında 4 debütantın olması diqqət çəkir. Bunlar Pedri ("Barselona"), Brayan Hil ("Eybar"), Pedro Porro ("Sportinq") və Robert Sançesdir ("Brayton").

Qeyd edək ki, İspaniya yığması martın 25-də Yunanıstanı qəbul edib, 28-də Tiflisdə Gürcüstanın qonağı olacaq. Martın 31-də isə Kosovonu qəbul edəcək.