Serbiya millisinin yeni baş məşqçisi bəlli olub.

Offsideplus.az Serbiya Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, yeni baş məşqçi vəzifəsinə Draqan Stoykoviç təyin olunub. 55 yaşlı mütəxəssislə imzalanmış müqavilənin detalları açıqlanmayıb.

 Serbiya millisi Azərbaycan yığmasının DÇ-2022-nin seçmə mərhələsindəki rəqiblərindən biridir.

Qeyd edək ki, Draqan Stoykoviç futbolçu kimi "Marsel", "Srvena Zvezda", "Verona" kimi klublarda çıxış edib. O, sonuncu dəfə Çinin "Quançjoy Siti" komandasına baş məşqçilik edib.