"Bavariya"nın ötən yay "Real"dan icarəyə götürdüyü Xames Rodriges 6 illik həyat yoldaşı Daniela Ospinadan ayrıldıqdan sonra maraqlı addım atıb.
Offsideplus.az xəbər verir ki, kolumbiyalı ulduz "Twitter" hesabından porno ulduz Kendra Lustu izləməyə başlayıb. Rodriges Daniela Ospinadan boşandıqdan sonra sosial mediada fəallaşıb. O, bir çox qadını izləməyə başlayıb. Son olaraq isə amerikalı porno ulduzu təqibə alıb.
Qeyd edək ki, "Real" Rodrigesi 2014-cü ildə "Monako"dan 75 milyon avroya transfer edib. "Bavariya" isə ötən yay onu 2 illik icarəyə götürüb. Münhen klubu buna görə "Real"a 13 milyon avro ödəyəcək.
fanat.az