Ölkə ərazisində müşahidə olunan qarlı və şaxtalı hava durumu Lökbatan Olimpiya İdman Kompleksinin infrastrukturuna ciddi ziyan vurub.
Offsideplus.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, aparılan müşahidələrdən sonra Azərbaycan 1-ci divizionunun 15-ci turunun “Qaradağ Lökbatan” – “Neftçi-2” oyununun 1 mart tarixdə sözügedən arenada keçirilməsinin mümkün olmadığı məlum olub.
“Qaradağ Lökbatan”ın müraciətini, “Neftçi-2” klubunun razılıq məktubunu alan PFL oyunla bağlı aşağıdakı qərarı qəbul edib:
15-ci turun “Qaradağ Lökbatan” – “Neftçi-2” oyunu 1 mart saat 14:00-da Türk Hava Yolları Futbol Mərkəzinin IV meydançasında keçirilsin və görüş “Neftçi-2” – “Qaradağ Lökbatan” kimi qeyd olunsun.
1-ci divizionun 23-cü turunun “Neftçi-2” – “Qaradağ Lökbatan” oyunu “Qaradağ Lökbatan” – “Neftçi-2” kimi qeyd olunsun.