Yaşasaydı, bu gün dost-tanışını başına yığıb, 75 illik yubileyini qeyd edəcəkdi.
Lakin sağlamlığına biganə yanaşması Anatoli Banişevskini 1997-ci ilin dekabrın 9-da, cəmi 51 yaşında bizlərin yanından ayırdı. "Marakana"da Braziliyanın qapısına qol vurmuş ilk sovet futbolçusu, 1966-dakı "bürünc"ün əsas memarlarından biri ("Neftçi"), uşaqla uşaq, böyüklə böyük olmuş bakılı balası Banişevski...
Bu gün həm də onun xatirəsinə veteranlarla məşqçilər arasında yoldaşlıq görüşü keçirilməliydi. Meydana çıxacaq şəxslərin razılığı alınmış, məkan seçilmişdi. Lakin Operativ Qərargahın görüşün keçirilməsinə imkan verməməsi ucbatından, istək baş tutmadı.
Ad günün mübarək, Anatoli Banişevski!