"Sabah" klubu yeni transferini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, paytaxt təmsilçisi ukraynalı müdafiəçi Zurab Oçiqavanı heyətinə qatıb.Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı futbolçuyla mövsümün sonuna kimi müqavilə bağlanıb. O, "Sabah"da "3" nömrəli forma geyinəcək.
Qeyd edək ki, gənc futbolçu Ukraynanın “İlyiçevets”, “Dinamo”, “Olimpik”, “Dnepr-1” , “Vorskla” və Estoniyanın “Levadiya” klublarında çıxış edib.
Xatırladaq ki, "Sabah" klubu daha öncə Dmitro Klotsu heyətinə qatmışdı