"Sumqayıt" Premyer Liqanın 15-ci turunun "Səbail"lə oyununa ciddi itkilərlə çıxacaq.
Birdən-birə üç müdafiəçi matçda iştirak edə bilməyəcək.
Offsideplus.az xəbər verir ki, Vurğun Hüseynov və Cabir Əmirli zədə, Cəmaləddin Xocaniyazov isə cəza səbəbindən bugünkü oyunu kənardan izləyəcək.
Qonaqların heyətində isə itki yoxdur.
Qeyd edək ki, "Sumqayıt" - "Səbail" görüşü saat 16:00-da başlayacaq.