Azərbaycan kubokunun 1/4 finalında "Qəbələ"ni səfərdə məğlub edən "Qarabağ"ın heyətində oyunun ən yaxşısı müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, klubun "twitter"də keçirdiyi sorğuda Maksim Medvedev matçın ən yaxşı futbolçusu seçilib.
Təcrübəli müdafiəçi komandasının 3:0 hesabı ilə qalib gəldiyi matçda ilk qolun müəllifi olub. Digər 2 qolu vuran Patrik Andrade 2-ci, Abdullah Zubir 3-cü olub.