Niderland çempionatının 22-ci turu çərçivəsində baş tutan "Ekselsior" - "Den Boş" görüşü kifayət qədər maraqlı alınıb.
Meydan sahibləri hesabda önə keçəndən sonra qonaqlar 2 topun əvəzini çıxmağı bacarıb. Ardınca 4-cü top vurulub və hesab 4:2 olub. Ardınca daha 2 qol qeydə alınıb, hakimin final fiti səslənib və tablodakı rəqəmlər eyni olub - 4:4.
Offsideplus.az xəbər verir ki, qonaqların vurduğu qolların hamısına Ciz Hornkamp imzasını yazdırıb. 34 dəqiqəyə 4 qol vuran 22 yaşlı forvard matçın qəhrəmanı seçilib. Lakin bu qəhrəmanlıq ona baha başa gəlib.
Belə ki, istedadlı gəncin bu oyunda etdikləri bir çox ölkələrdə, o cümlədən ABŞ-da göstərilib. Həmin qolların müəllifinin adı məlum olandan sonra okeanın o tayında "tvitter"də "Ciz" adı ilə trend başladılıb.Sən demə, "ciz"in mənası ingiliscədən tərcümədə "sperma" mənası verir deyə, futbolçu buna görə məşhurluq qazanıb. İndi hamı bu ada lağ edir, sosial şəbəkə istifadəçiləri bir-biri ilə zarafatlaşır.
Qeyd edək ki, Hornkampla "Sanderlend" yaxından maraqlanırmış. Lakin futbolçu Premyer Liqada top qovmağa hazır olmadığını deyərək təklifdən boyun qaçırıb.



