Avstriyanın "Şturm" klubunun idman direktoru Andreas Şiker Azərbaycan millisi və "Qarabağ"ın futbolçusu Mahir Emrelinin transfer edəcəkləri barədə xəbərə münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, klub rəsmisi "kleinezeitung.at" saytına açıqlamasında 24 yaşlı hücumçu üçün Ağdam klubuna təklif göndərmədiklərini deyib: "Bu, tamamilə cəfəngiyyatdır. Bizim forvard transferi ilə bağlı heç bir kluba müraciətimiz olmayıb. Əsas hücumçumuz Bekim Balyay komandada qalır. Onun Türkiyə klubuna keçəcəyi ilə bağlı xəbərlər də həqiqəti əks etdirmir".
Qeyd edək ki, "Qarabağ"la müqaviləsi yaya qədər olan Mahir Emreli ilə Polşa və Macarıstan klubları da maraqlanır.