Prins Ibaran;n gedişindən sonra "Neftçi" hücumçu axtarışlarını davam etdirir.

Qısa müddət ərzində komandanın oyun modelinə uyğun gələcək forvardın tapılması bu gün üçün qarşıda duran əsas hədəfdir. Həmin futbolçulardan biri Teofilis Solomondur.

Offsideplus.az-ın əməkdaşlı nigeriyalı forvardla əlaqə saxlayıb Solomondan "Neftçi"nin onunla maraqlandığını, keçidinin nə dərəcədə real olduğunu soruşub.. 24 yaşlı forvardın saytımıza açıqlamasında faktı təsdiq edib: "Açığı, dediyimiz məsələ ilə bağlı məndə dolğun bilgi yoxdur. Yeganə bildiyim məlumat "Neftçi"dən klubumla əlaqə saxlanılmasıdır. "Neftçi"də oynamaq istəyi? Ola bilər".

Qeyd edək ki, nigeriyalı futbolçu 2013-cü ildən bu yana 10 klub dəyişib. Xorvatiyada "Pinereç", "Zadar", "Şibenik", "Riyeka", "İstra 1961", "Partizan", "İnter"in (Zapreşiç), Cənubi Kiprdə "Omoniya"nın, Macarıstanda "Uypeşt"in uğurları üçün tər töküb. 2019-un yayında bu yana "Partizani"nin şərəfini qoruyur. 

Bu komandalarda bütün yarışlar daxil 171 qarşılaşmada 34 dəfə fərqlənib.