Yanvarın 6-dan hazırlıqlara start verən "Qarabağ" bu gündən legionerlərinə qovuşub.
Offsideplus.az klubun mətbuat katibliyindən aldığı məlumat əsasında xəbər verir ki, əcnəbilərin heç də hamısı gəlməyib. Kevin Medina baş məşqçi Qurban Qurbanovdan yanvarın 10-na qədər qayıdacağına dair icazə alıb ki, birisigun axşam Bakıda olmalıdır. Uzaq Haitidən gələn Vild-Donald Gerye bu gün yola çıxıb, sabah ölkəmizdə olacaq, birisigundən məşqlərə qoşulacaq.Abdulla Zubirə gəlincə, fransalı futbolçu pasportunu dəyişdiyinə görə sabah yola çıxacaq.
Qısası, yanvarın 10-dan etibarən komanda tam tərkibdə olacaq. "Köhlən atlar" yanvarın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda "Zirə"ylə qarşılaşacaq.