Həbib Nurmaqomedov ailə üzvləri haqda danışmağı xoşlamır.

İndiyə qədər məşhur MMA döyüşçüsünə bir neçə dəfə ailəsi ilə bağlı suallar verilsə də, sualları cavablandırmaqdan boyun qaçırıb. Şəxsi həyatı barədə mətbuatda uzun-uzadı yazılmasını, müzakirələr aparılmasını xoşlamır. Məlum olan odur ki, Həbibin qohumları arasında müxtəlif döyüş növləri ilə məşğul olanlar kifayət qədərdir. 

Lakin bu dəfə jurnalist Nurmaqomedovun "saqqızını oğurlamağı" bacarıb.

Offsideplus.az xəbər verir ki, milyonların sevimlisi olan idmançı "Matç" TV-də qonaq olarkən bacısı və qardaşı haqda danışıb. Bacısından ətraflı bəhs etməyib. Adını gizli saxlayıb, əvvəlkitək kənddə yaşadığını və məktəbdə ingilis dilini tədris etdiyini etiraf edib. Xanım Nurmaqomedova yaşca Həbibdən kiçikdir.

Özündən 2 yaş böyük qardaşının adı isə Maqomeddir. Maqomed üzdə olmağı xoşlamır, elə buna görə də Həbibə birlikdə çəkdirdikləri şəkillər sosial şəbəkələrdə paylaşmamağı tapşırıb. O da atasının tövsiyəsi ilə uşaq yaşlarından idmanla - sərbəst güləşlə məşğul olub. Hətta rəhmətlik ataları Maqomedi Həbibdən daha istedadlı hesab edirmiş. Lakin 2010-cu ildə aldığı ağır zədə böyük qardaşı peşəkar idmandan uzaq salıb.

Maqomed üzdə olması sevməsə də, daim Həbibin yanındadır. Xüsusən xarici ölkələrə səfərlər zamanı məşhur qardaşını tək buraxmır, daim yanında olur. 

Qeyd edək ki, Həbib 1988-ci ildə Dağıstan Respublikasının Tsumada rayonunun Sildi kəndində anadan olub. Qardaşı Maqomed isə 1986-cı ildəndir. İdmançı qardaşların atası Abdulmanap Maqomedov bu ilin yayında dünyasını dəyişmişdi.

Həbibin qardaşı Maqomedlə birgə fotosunu təqdim edirik.

hebib