Iqor Akinfeyevin namizədliyi Dumaya seçkilərdə irəli sürülüb.

Offsideplus.az "Vedomosti"yə istinadla xəbər verir ki, ÇSKA-nın hazırkı, Rusiya millisinin sabiq qolkiperi seçkilərdə "Edinaya Partiya"nı təmsil edəcək. 

Mənbənin verdiyi məlumata görə namizədlər arasında kifayət qədər tanınmış şəxslər var. Akinfeyevdən başqa teleaparıcı Pavel Volya, müğənnilər Allah Puqaçeva ilə Valeriya, eləcə də Rusiya Futbol İttifaqının sabiq vitse-prezidenti Sergey Kapkov namizədlər arasında yer alıb. Yekun siyahı yanvarın sonuna qədər təsdiqlənəcək.

Qeyd edək ki, Duma seçkiləri gələn ilin sentyabrın 19-na planlaşdırılıb.