"Qarabağ"ın ərköyün, ipə-sapa yatmayan futbolçusu Vild-Donald Gerye "vatsap"da maraqlı paylaşım edib.
Offsideplus.az xəbər verir ki, haitili futbolçu Portuqaliya futbolunun ulduzlarından sayılan Rikardo Kuaresma ilə kəllə-kəlləyə gəldiyi anın şəklini dostlarına göstərmək həvəsinə düşüb. Gerye həmin fotonu paylaşaraq altına Haiti ilə Portuqaliya bayraqlarını yerləşdirib, üstəlik, gülüş smayliki qoyub.
Futbolçular arasındakı gərginlik "Alanyaspor" - "Beşiktaş" matçında yaşanıb.
Qeyd edək ki, Gerye 2016-17 mövsümündə Super Liqada çıxış edən "Alanyaspor"un şərəfini qoruyub ki, 24 matçda 4 dəfə fərqlənib.