Mesut Özilin "Fənərbağça"ya keçidi an məsələsidir.
Klubun idman direktoru Əmrə Belözoğlu bir neçə dəfə 32 yaşlı yarımmüdafiəçi ilə danışıb və böyük ölçüdə şərtlər razılaşdırılıb. Sadəcə, başqa sərfəli təkliflərin də olması Özilə məsələyə nöqtə qoymağa imkan vermir.
Offsideplus.az xəbər verir ki, artıq bu barədə Almaniyanın "Bild" nəşri də xəbər yayıb. Alman həmkarlarımız Məsutun "Fənər"lə razılaşdığını diqqətə çatdırıb.
Qeyd edək ki, solaxay "10 nömrə" illik 20 milyon avroluq maaşla "Arsenal"ın ən yüksək ödənişli futbolçusu hesab olunur. Londonlular cari mövsümdə ona şans verməyib və bu yolla komandadan ayrılmasına çalışır.