Qaret Beyldən xəbər var.

Offsideplus.az AS-a istinadla xəbər verir ki, uelsli futbolçu "Real"a qayıtmaqda həvəslidir. Beylin "Kral klubu" ilə müqaviləsi 2022-nin iyunun 30-na qədərdir. Lakin hazırda icarə əsasında "Tottenhem"in şərəfini qoruyur. Cari mövsümdə Premyer Liqada meydana çıxdığı 9 matçda 2 qol vuran 31 yaşlı futbolçu "Real"da yenidən ulduz futbolçularla yanaşı oynayıb, titullar qazanmaq istəyir.

Lakin bunun baş tutacağı o qədər də inandırıcı deyil. Çünki Qaretin hazırkı baş məşqçi Zinəddin Zidanla münasibətiləri qaydasında deyil. İcarəyə verilməsini də məh Zidan istəmişdi.