Türkiyəli futbolçu Semih Kayan karyerasını "Keşlə"də davam etdirməyə çox yaxındır.

Offsideplus.az  Sportal-a istinadən xəbər verir ki, 20 yaşlı oyunçu "Keşlə"də tibbi müayinədən keçir. Bu gün Bakıya gələn Kayan klubun düşərgəsinə qoşulub.

Paytaxt klubunun məşqçilər heyəti gənc futbolçunu izlədikdən sonra onunla bağlı yekun qərar veriləcək.

Karyerası ərzində Almaniyada "Köln" və "Axen"in aşağı yaş komandalarında çıxış edən Semih Kayan Türkiyədə "Pendikspor"da oynayıb. Qonşu ölkənin U-16 millisinin də formasını geyinmiş Semih son olaraq Almaniyada "Optik Ratenou" klubunun formasını geyinib və bu yaydan bəri klubsuzdur.

 

1607621979