Dünən dünyasını dəyişən Paolo Rossi torpağa tapşırılıb.
Offsideplus.az xəbər verir ki, 64 yaşında dünyasını dəyiçən dünya çempionu Pratoda anadan olmasına baxmayaraq, Viçenzada dəfn olunub. 1982-ci ildəki dünya çempionatının bombardirinin dəfn mərasimində izdiham yaşanıb.
Qeyd edək ki, Rossi "Yuventus", "Milan", "Komo", "Peruca", "Verona" kimi komandalarla yanaşı "Viçenza"nın da şərəfini qoruyub.