PSJ - "Başakşehir" və "Bazel" - "ÇFR Kluj" matçlarında hakimlər həftəyə damğa vurdu.
Fransada keçirilən oyunda dördüncü hakim irqçi ifadə işlətdiyinə görə görüş yarımçıq dayandırıldı, İsçevrədəki qarşılaşmada fransız referi oyunun sonlarına yaxın əsl tamaşa göstərdi. Həmin matçın icmalını buradan izləyə bilərsiniz.
Offsideplus.az xəbər verir ki, bununla bağlı Emanuel Roşu "tvitter" səhifəsində maraqlı paylaşım edib. Həmkarımız rumın futbolçulardan birinin hakimin qapıçıya qırmızı vərəqə göstərib, qapılarına penalti təyin etməsinin qarşısında dözə bilməyərək Benua Bastyenə narazılığını bu şəkildə bildirdiyini yazıb: "Sən bizi siqan (qaraçı) sayırsan, hə"?
Lakin bunu hansı futbolçunun dediyini qeyd etməyib.