"Uğur" (Sumqayıt) komandasının baş məşqçisi Qəzənfər Abbasov son turda X turda qarşılaşdığı “Şahdağ”la (Qusar) oyundan və komandanın hədəflərindən danışıb:
“Şahdağ” güclü komandadır. Onların Premyer Liqa və I Divizionda çıxış etməsi buna sübutdur. Oyunumuzun çətin keçəcəyini bilirdik. Meydançanın durumu bizim yaxşı oyun göstərməyimizə bir az mane oldu. Bizi bu oyunda heç-heçə də qane etdiyindən bütün komandanı təbrik edirəm. “Şahdağ”a hörmətimiz böyükdür və onun kimi klublar Premyer Liqada da oynamağa layiqdirlər. Məqsədimiz sumqayıtlı futbolçuların üzə çıxmasına köməklik etməkdi. Əsas hədəfimiz isə Region Liqasının qalibi olub, daha yüksək liqalarda çıxış etməkdir”.