Azərbaycan kubokunda “Neftçi” - “Qəbələ” (1:3) matçından sonra insident baş verib.

Offsideplus.az xəbər verir ki, komandalarının məğlubiyyəti ilə barışmayan “Neftçi” fanatları meydana yad əşyalar və pirotexniki vasitələr atıblar.

Bundan sonra polislə azarkeşlər arasında qarşıdurma baş verib. Əsəbi fanatlar oturacaqları qıraraq meydançaya atmağa başlayıblar.

Hadisə yerinə əlavə polis qüvvələri cəlb edilib və azarkeşlər çətinliklə də olsa stadiondan çıxarılıb. (Qafqazinfo.az)