Cari mövsümün əvvəlində "Keşlə"ni  özbaşına və müəmmalı şəkildə tərk edən Aleksandr Kristovao bu hərəkəti ilə gündəmə düşmüşdü. Offsideplus.az olaraq məsələnin nə yerdə qaldığı ilə bağlı klubun mətbuat katibi ilə əlaqə saxladıq.

 Murad Axundov 27 yaşlı hücumçu ilə bağlı bir yenilik olmadığını açıqladı. Klub rəsmisi əməkdaşımızla söhbətdə qeyd etdi ki, məsələ ilə hazırda FİFA maraqlanır və klub olaraq xəbər gözləyirlər:

"Aleksandr Kristovao ilə bağlı yenilik yoxdur. Bilirsiniz ki, bu proseslər bir qədər vaxt aparır. Məsələ olduğu kimi qalır. Məsələyə FİFA baxır və biz də qərarı gözləyirik".

Xatırladaq ki, sentyabr ayında Aleksandr Kristoavo və klub arasında qalmaqal yaşanmış və futbolçu heç kəsə xəbər vermədən bilet alıb ölkəsinə geri dönmüşdü.