Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin yarımmüdafiəçisi Fərid Nəbiyev dünən növbəti dəfə koronavirus testindən keçib.
Offsideplus.az xəbər verir ki, Çexiyanın “Viktoriya Jijkov” klubunda çıxış edən oyunçu "Report"a açıqlamasında bu barədə məlumat verib.
21 yaşlı futbolçu analizin nəticəsinin mənfi çıxdığını söyləyib: "Sevindiricidir ki, hər şey yaxşıdır. Nəticələr az öncə bilindi. Test mənfi çıxdı. Bu gün karantin müddəti başa çatacaq və sabahdan komanda ilə birlikdə məşqlərə başlayacağam".
Qeyd edək ki, oktyabrın əvvəlində koronavirusa yoluxmuş Fərid Nəbiyev bu səbəbdəb U-21-in Avropa çempionatının seçmə mərhələsində Slovakiya (1:2) və Gürcüstanla (0:1) keçirdiyi oyunları buraxmalı olub.