"Qarabağ" klubunun UEFA Çempionlar Liqasının (ÇL) təsnifat mərhələlərində ev oyunlarını keçirdiyi Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyündə təmir işlərinə başlanılıb.
Bu barədə mərkəzi arenanın direktoru Şamil Quliyev məlumat verib. O bildirib ki, meydanın saralmış hissələrinə toxum əkiləcək və həmin yerlər bərpa ediləcək: "Hazırda stadionda iş gedir, saralmış hissələrə yenidən toxum əkiləcək. Dünən təxminən gecə saat 12-də torpaq və toxum gətirilib. Bu gün səhər saatlarından isə işə başlanılıb. Əminəm ki, ot örtüyü III təsnifat mərhələsinədək tam hazır olacaq".
Qeyd edək ki, "Qarabağ" ÇL-in I təsnifat mərhələsində Şimali Makedoniyanın "Sileks" komandasını 4:0, II raundda isə Moldova təmsilçisi "Şerif"i 2:1 hesabı ilə məğlub edib.
Ağdam təmsilçisinin III təsnifat mərhələsindəki rəqib avqustun 31-də olacaq, ölkə çempionunun matçınən evdə və ya səfərdə keçiriləcəyi püşkün nəticəsinə əsasən bilinəcək. (report)