"Neftçi"nin futbolçusu Mamadu Kane klubun televiziyasına müsahibə verib.
Offsideplus.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi Azərbaycanda özünü evdəki kimi hiss etdiyini bildirib.
Qqvineyalı oyunçu burada çox xoşbəxt olduğunu söyləyib: "Artıq iki ildir ki, "Neftçi"dəyəm və liqaya yaxşı bələdəm. Burada özümü daha yaxşı hiss edirəm. İnsanlar mənə xoş münasibət göstərirlər. Çox xoşbəxtəm və burada özümü yaxşı hiss edirəm. Biz Qəbələyə getməzdən əvvəl koronavirusla bağlı test verdik. Orada isə təhlükəsizlik tam yüksək səviyyədə idi. Hazırlığımız çox yaxşı davam edir. Gərgin məşq edirik, həm çempionat, həm də Avropa Liqasının oyunlarına hazırlaşırıq. Komandada hamı çox xoşbəxtdir. Canla-başla məşq edirik. Mənə olan dəstək və sevgiyə görə azarkeşlərə təşəkkür edirəm. Buna görə çox xoşbəxtəm və meydanda can qoymağa hazıram".
Qeyd edək ki, "Neftçi" Azərbaycan Premyer Liqasının I turunda avqustun 21-də evdə "Səbail"lə qarşılaşacaq. Komanda avqustun 28-də Avropa Liqasının I təsnifat mərhələsində "Bakcell Arena"da Şimali Makedoniya təmsilçisi "Şkupi"ni qəbul edəcək.