"Səbail"in yeni transferi Florian Kadriu klub saytına müsahibə verib.
Offsideplus.az həmin müsahibəni təqdim edir:
- Yeni komanda ilə müqavilə imzaladın. Nə hisslər keçirirsən?
– İlk öncə, mənə inandığınıza görə, təşəkkür edirəm. Burada olmağıma çox şadam, keçirdiyim hissləri dillə ifadə etmək mümkün deyil. Çox sevinirəm.
– “Səbail”ə gəlməmişdən öncə Azərbaycan Premyer Liqasından nə məlumatın var idi?
– Bilirdim ki, Azərbaycanın yüksək səviyyəli liqası var. Burada oynayan həmyerlilərim liqanın güclü olduğunu bildirmişdilər.
– Öz oyun tərzini necə təsvir edə bilərsən?
– Oyunda sürətə və fərdi ustalığa daha çox güvənirəm.
– Yaxınların səni necə çağırır?
– Yaxınlarım məni Landi çağırır.
– Mövsüm 21.08.2020-ci il tarixində start verir. Mövsümdən həm şəxsi, həm də, komandadan gözləntilərin nədir?
– İnanıram ki, mövsümə qələbələr ilə başlaya biləcəyik. Komanda ilə birlikdə klubun ambisiyalarını doğrultmağa çalışacağıq. Özüm şəxsən, ən yaxşı oyunumu göstərmək üçün əlimdən gələni edəcəyəm.
– “Səbail”in azarkeşlərinə ismarıcın nədir?
– Azakeşlərə ismarıcım odur ki, sizi məmnun etmək üçün ən yaxşı oyunumu göstərəcəyəm. Sizin dəstəyiniz çox vacibdir, komanda üçün 12-ci oyunçusunuz. Sizsiz futbolu təsəvvür etmək çox çətindir. Öz oyunum ilə sizə zövq yaşatmağa çalışacağam. Sizin üçün hər oyunda qol vurmaq üçün əlimdən gələni edəcəyəm.