İran millisinin və "Persepolis"in futbolçusu Əli Əlipurun "Neftçi"yə transferi baş tutmayıb.

"Neftçi” PFK-nın Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev Offsideplus.az-a açıqlamasında danışıqların müsbət yekunlaşmadığını bildirib:

"Əli Əlipur bizə meneceri tərəfindən 1-2 ay əvvəl təklif olunmuşdu. Meneceri ilə danışıqlar aparmışıq, bəyəndiyimiz futbolçu idi. Ancaq o vaxt razılığa gələ bilmədik və söhbət bağlandı. Hazırda heç bir danışıq aparılmır".

Qeyd edək ki, "Metaratings" "Neftçi"nin 25 yaşlı hücumçuya bir mövsüm üçün 300 000 avro maaş təklif etdiyini yazmışdı.