"Neftçi" İran millisinin və "Persepolis"in futbolçusu Əli Əlipuru transfer etməyə çalışır.
Offsideplus.az "Metaratings"ə istinadən xəbər verir ki, "Neftçi"nin 25 yaşlı hücumçuya bir mövsüm üçün 300 000 avro maaş təklif etdiyi iddia olunur.
Qeyd edək ki, ötən mövsüm 16 oyunda meydana çıxan forvard 7 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb. O, 3 dəfə İran millisinin formasını geyinib.