Qadınlardan ibarət Azərbaycan milli komandasının üzvü olmuş Nino Qurqenidze dünyasını dəyişib.
Offsideplus.az AFFA-nın rəsmi "facebook" səhifəsinə istinadən xəbər verir ki, 20 yaşlı hücumçu uzun sürən xəstəlikdən sonra vəfat edib. Xəstəliyi üzə çıxdıqdan sonra o, Türkiyədə müayinədən keçib və müalicəsini Gürcüstanda davam etdirib.
Qeyd edək ki, Nino Qurgenidze 2016-cı ildən Azərbaycanın aşağı yaşlılardan ibarət yığmalarına dəvət alıb. O, əvvəlcə U-17, daha sonra U-19 millisində forma geyinib. Qurgenidze son olaraq Azərbaycanın U-19 yığmasında 2018-ci ilin 3 - 9 oktyabrında Türkiyədə Avropa çempionatının seçmə oyunlarında meydana çıxıb.