İyulun 12-dən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində növbəti hərbi təxribatları başlamasına "Qarabağ"ın sabiq legionerləri biganə qalmayıblar.
Offsideplus.az xəbər verir ki, Ağdam klubunun vitse-prezidenti Tahir Gözəl klubun rəsmi saytına açıqlamasında onlara öz sosial şəbəkə hesablarında Azərbaycanın yanında olduqlarını vurğuladıqları üçün təşəkkür edib: "Sevindirici haldır ki, klubumuzdan ayrılan legionerlər Qarabağ həqiqətlərini təbliğ edir və qarabağlı olduqlarını göstərirlər. Hər birinə təşəkkür edirəm ki, bir dünya vətəndaşı kimi bu təxribatlara laqeyd yanaşmırlar. Bizim Əsas məqsədimiz Qarabağ həqiqətlərini tanıtmaqdır. İlk məqsədimiz də bu ideologiyanı futbolçulara aşılamaqdır".
Qeyd edək ki, Yakub Jezniçak, İbrahim Şehiç, Ansi Aqolli və digər legionerlər paylaşım edərək Azərbaycana dəstəklərini nümayiş etdirmişdilər.