Azərbaycan Premyer Liqasında 2019/2020 mövsümün ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.

Offsideplus.az xəbər verir ki, İdman Araşdırmalar Mərkəzinin “Report”un dəstəyi ilə keçirdiyi səsvermədə ümumilikdə 184 nəfər (176 futbolçu, 8 baş məşqçi) iştirak edib.

"Qəbələ"nin 26, “Neftçi”nin 25, "Sabah"ın 24, “Qarabağ”, "Keşlə", "Sumqayıt" və "Səbail"in 22, "Zirə"nin 21 oyunçusu öz variantını açıqlayıb.

Səsverənlər ümumilikdə 46 futbolçu arasında seçim ediblər. Nəticədə "Qarabağ"ın yarımmüdafiəçisi Abdullah Zubir mövsümün ən yaxşı futbolçusu adına layiq görülüb. Mərakeş əsilli fransalı oyunçu 42 səs toplayıb. Səsvermədə 2-ci yeri 17 səslə "Qarabağ"ın digər yarımmüdafiəçisi Qara Qarayev tutub. Ondan 5 səs geri qalan "Keşlə"nin paraqvaylı orta sahə oyunçusu Sezar Meza Kolli isə 3-cü yerə sahib çıxıb.

Bundan başqa, Mahir Emreli 11 ("Qarabağ"), Emin Mahmudov ("Neftçi"), Amin Seydiyev("Qəbələ"/"Sabah"), İsmayıl İbrahimli ("Qarabağ") 10, Stiven Monroz 5, Xayme Romero ("Qarabağ"), Baqali Dabo ("Neftçi"/"Apollon", Kipr), Vüqar Mustafayev ("Sumqayıt"), Elvin Camalov ("Zirə"), Slavik Alxasov ("Keşlə"/"Sabah") 4, Ədilxan Qarəhmədov (“Səbail”), Cavid Hüseynov ("Zirə"/klubsuz), Bədavi Hüseynov ("Qarabağ") 3, Ruslan Qurbanov (“Keşlə”/klubsuz), Rəhim Sadıxov (“Sumqayıt”), Maykl Essyen (“Səbail”), Filip Ozobic ("Qarabağ"), Tural Bayramlı ("Keşlə"), Anton Krivostyuk, Səlahət Ağayev (həri kisi "Neftçi"), Murad Musayev ("Qəbələ") hərəyə 2 səs yığıblar.

Həmçinin 22 futbolçuya - Rəşad Sadıqov ("Qarabağ"/karyerasını bitirib), Donald Gerye (“Neftçi”/“Qarabağ”), Sertan Taşkın (“Sumqayıt”/“Zirə”), Şəhriyar Əliyev ("Sumqayıt"/"Keşlə"), Peyman Babayi ("Sumqayıt"/klubdan ayrılıb), Nicat Süleymanov ("Zirə"/klubsuz), Ruslan Abışov, Cavid Tağıyev, Xulio Sezar Rodrigez, Ramil Şeydayev (hamısı "Sabah"), Rəşad Əzizli, Vüsal İsgəndərli, Rəşad Sadiqov (hamısı "Keşlə"), Kamal Qurbanov, Rahid Əmirquliyev Ruslan Hacıyev (hamısı "Səbail"), Cəmaləddin Xocaniyazov, Əmir Ağayev (hər ikisi “Sumqayıt”), Ömər Buludov, Mamadu Kane (hər ikisi “Neftçi”), Miçel Madera ("Qarabağ") və Tellur Mütəllimova ("Zirə") cəmi 1 nəfər səs verib.

Səsvermənin əsas şərtinə əsasən, respondentlər öz komandalarının futbolçularına səs verməyiblər.

Qeyd edək ki, mövsümün ən yaxşı futbolçusunu ardıcıl üç ildir İdman Araşdırmalar Mərkəzi 8 klubun oyunçuları və baş məşqçiləri arasında sorğu nəticəsində müəyyənləşdirir. Hazırda "Keşlə"yə məxsus Cavid İmamverdiyev 2017/2018, "Neftçi"nin kapitanı Emin Mahmudov isə 2018/2019 mövsümünün ən yaxşı futbolçusu seçilib.