"CBC Sport" kanalının efirində "Start" verilişinin növbəti buraxılışı yayımlanıb.
Offsideplus.az xəbər verir ki, aparıcılar - Səmra Əliyeva və Gündüz Abbaszadə "Sabah" klubunun sabiq baş məşqçisi Jelko Sopiç və paytaxt təmsilçisinin apardığı siyasət barədə danışıblar.
Bu günlərdə gözlənilməz şəkildə vəzifəsindən göndərilən 45 yaşlı mütəxəssislə bağlı maraqlı fikirlər səsləndirilib. Aparıcı Gündüz Abbaszadə bu məsələdə məşqçinin yox klubun, idarəediciliyin günahkar olduğunu bildirib.
Daha ətraflı videodan izləyə bilərsiniz: