"Neftçi" klubundan ayrılan Donald Gerye yenidən keçmiş komandası "Qarabağ"a qayıdıb.
Bu barədə Offsideplus.az-a 31 yaşlı haitili futbolçunun özü məlumat verib.
Cinah müdafiəçisi növbəti mövsümdən "Qarabağ"ın şərəfini qoruyacaq və Çempionlar Liqasında iştirak edəcək.
Müqavilənin detalları barədə ətraflı məlumat veriləcək.
Qeyd edək ki, sözügedən futbolçu Çempionlar Liqasında iştirak etmiş ("Qarabağ"ın heyətində ) ilk haitili oyunçu kimi tarixə düşüb.