Bakının “Keşlə” futbol klubu daha bir legioneri ilə vidalaşa bilər.

Offsideplus.az xəbər verir ki, Lorenso Frutos və Franko Floresdən sonra Aleksandr Kristovao da paytaxt klubundan ayrılmaq istədiyini bildirib. Bu ilin əvvəlində Azərbaycana gələn anqolalı hücumçunun 5 aylıq müqavilə müddəti bitmək üzrədir. “Keşlə” rəhbərliyi isə afrikalı forvarda yeni müqavilə təklif etməyib.

Qeyd edək ki, 26 yaşlı futbolçu karyerasına Niderlandın “Qroningen” klubunda başlayıb. Anqola yığmasında 5 oyun keçirən və 1 qol vuran Kristovaonun son klubu Səudiyyə Ərəbistanında “Al-Mojzel” olub.