Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Azərbaycan Premyer Liqasının yenidən təxirə salınma ehtimalına münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, Azərbaycanda 6-7 iyunda evdən çıxmağa qadağa qoyulması nəzərdə tutulub. Operativ Qərargahın brifinqində qarşıdakı 2 ayda həftə sonları 2 gün və bayram günü olarsa, 3 gün evdən çıxma qadağası olacağı bildirilib.
İbrahim Məmmədov qərarın hələ ki, bu həftə sonuna aid olduğunu bidlirib: "Hələ ki, qadağa 6-7 iyuna aiddir. Sonradan nə olacağına hələ baxılacaq".
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının bazar günü - iyunun 21-də bərpa olunması barədə qərar qəbul edilib. XXI turun oyunları bazar günü keçirilməlidir.("Report")