"Qarabağ" heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.
Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi Bosniya və Herseqovina millisinin üzvü Amar Rəhmanoviçlə maraqlanır. Bu barədə məlumatı faktor.ba saytı yayıb.
"Sarayevo"da çıxış edən yarımmüdafiəçinin Ağdam təmsilçisi ilə müqavilə imzalayacağı bildirilib.
26 yaşlı futbolçu bu mövsüm komandasının heyətində 12 oyunda 3 qol vurub, 4 ötürmə edib.
Qeyd edək ki, Amar Rəhmanoviç daha əvvəl “İstra”, “Koper”, “Maribor” və “Çelye” klublarında da çıxış edib.