Azərbaycan millisinin sabiq futbolçusu Vəli Qasımov Rusiya mətbuatına Ramil Şeydayev haqda danışıb.

Offsideplus.az xəbər verir ki, futbol mütəxəssisi yığmamızın hücumçusunun ölkənin ən böyük ulduzu hesab etdiyini açıqlayıb:

“Ramil Şeydayevə çox böyük ümidlər var. Amma ona təkbaşına oynamaq çətindir”.

Qasımov Ramilin “Sabah” səviyyəsindən üstün bir futbolçu olduğunu bildirib:

“Onu başa düşürəm: hücumçu qol vurması üçün topla təchiz olunmalıdır. Özünün nə isə etməsi ağırdır. Şeydayev pis futbolçu deyil. Amma hələ istənilən kimi alınmır. “Dinamo”da bir az oynadı, amma qol vurmadı və artıq oyunçu oldu. Düşünürəm ki, “Sabah”a keçməsi düzgün deyildi. Paytaxt klubu onun səviyyəsi deyil. Hərənin öz fikri var. Mən kluba qarşı deyiləm. Mən Şeydayevin “Sabah”da oynamasının əleyhinəyəm. Aşağı yuvarlananda sonra qalxmaq ağır olur. Klub və futbolçu inciməsin, “Sabah” sadəcə olaraq Şeydayevin səviyyəsi deyil. Onun Rusiya karyerasının alınmaması idman bəxtsizliyi ilə bağlıdır. Qol vurmayanda lazımsız olursan. Ümid edirəm ki, onda hər şey alınacaq”.