Ölkəmizdə xüsusi karantin rejimi müddətində idman sahəsində tətbiq olunmuş məhdudiyyətlər qüvvədə qalıb.
Offsideplus.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən koronavirus pandemiyası ilə bağlı Azərbaycanda sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin bir qismi yumşaldılıb.
Ancaq idman tədbirlərinə qoyulan qadağa aradan qaldırılmayıb.
İdman tədbirlərinə qoyulan məhdudiyyətlər mayın 31-nə kimi qüvvədə qalacaq.