"Kayserispor"da çıxış edən Hasan Hüseyin Acar Azərbaycan millisinin təklifini qəbul etməyib.
Offsideplus.az xəbər verir ki, bu barədə 26 yaşlı yarımmüdafiəçi DHA-ya açıqlamasında bildirib: "Bu mövsüm Azərbaycan millisindən təklif aldım, amma mən Türkiyə yığmasında oynamaq istəyirəm. Bu, hər bir gənc türk oyunçular kimi mənim də hədəfimdir. Ona görə də gələn təklifi geri çevirdim. Belə davam etsəm, milliyə çağırılacağımı gözləyirəm".
Qeyd edək ki, Hasan Hüseyin Acar 2018-ci ilin yayından "Kayserispor"da çıxış edir. O, daha öncə Azərbaycan millisində oynamağa müsbət yanaşdığını açıqlamışdı.