Kriştiano Ronaldo bahalı avtomobillərinin sırasına birini də əlavə edib.

Offsideplus.az xəbər verir ki, portuqaliyalı futbolçu qarajını növbəti mühəndislik əsəri ilə bəzəyib.

"Yuventus"un üzvü "Bugatti"nin 110 illiyi münasibəti ilə buraxılan "Centodieci" avtomobilini alıb. Bu maşından 10 ədəd istehsal olunacaq və qiyməti 8 milyon avrodur. Avtomobil 1600 at gücündədir və 100 km/saat sürəti 2,4 saniyəyə yığır.

Qeyd edək ki, artıq satışla bağlı müqavilə şirkətlə Ronaldo arasında imzalanıb.