Futbol üzrə Nigeriya yığmasının hücumçusu İfeanyi Corc avtomobil qəzasında dünyasını dəyişib.

Offsideplus.az xəbər verir ki, Nigeriyanın “Enuqu Reyncers” klubunun şərəfini qoruyan futbolçunun idarə etdiyi avtomobil yük maşınına çırpılıb.

Qəza nəticəsində 26 yaşlı futbolçu ilə yanaşı, minik maşınındakı digər iki sərnişin də keçinib. Onlardan biri Corcun “Enuqu Reyncers”dəki komanda yoldaşı Emmanuel Oqbu olub.