Futbol üzrə Norveç yığmasının baş məşqçisi Lars Laqerbek maaşının 20 faiz azaldılmasına razı olub.
Offsideplus.az xəbər verir ki, o, aprel ayından etibarən maaşını 20 faiz güzəştlə alacaq. Bu barədə TMW məlumat yayıb.
71 yaşlı isveçli mütəxəssisin belə bir qərar verməsinə bütün dünyada sürətlə yayılmaqda olan koronavirus pandemiyası ilə əlaqədar yaranmış böhran səbəb olub.