AFFA-nın Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Frits Ştuxlik 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə qrup mərhələsinə təyinat alıb.

Offsideplus.az xəbər verir ki, avstriyalı mütəxəssis Ukrayna – Şimali İrlandiya matçının hakim-inspektoru olacaq. 

Qeyd edək ki, görüş martın 31-də Lvov şəhərində keçiriləcək. // AFFA