Futbol üzrə Uels yığmasının mart ayında keçirməsi nəzərdə tutulan yoldaşlıq görüşləri baş tutmaya bilər.

Offsideplus.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Rayan Giqqz məlumat verib.

O, koronavirus infeksiyasının yayılma sürəti artarsa, proqramda dəyişiklik olunacağını da istisna etməyib.

Qeyd edək ki, Uels martın 27-də Avstriyanı, 30-da isə ABŞ-ı qəbul edəcək.