“Tokio 2020” Yay Olimpiya və Paralimpiya Oyunları üçün azərbaycanlı səfirləri bəlli olub.
Offsideplus.az xəbər verir ki, idmançılardan karateçi Rafael Ağayev, cüdoçu Rüstəm Orucov, taekvondoçu Fəridə Əzizova və güləşçi Hacı Əliyev təyin olunublar.
Ulduzlardan isə sabiq güləşçimiz Fərid Mansurov və müğənni Tünzalə Ağayeva səfir olublar.
Onlar yarış öncəsi və zamanı öz sosial şəbəkədəki hesabları vasitəsilə Olimpiya Oyunları üçün təşviqedici materialların yayılmasına kömək edəcəklər.