Portuqaliya "Portu"sunda çıxış edən ispaniyalı qapıçı İker Kasilyas idmançı karyerasını başa vurub.
Offsideplus.az xəbər verir ki, klubun prezidenti Jorje Nunu Pintu da Koşta da təsdiqləyib.
Kasilyas 2019-cu ilin mayında infarkt keçirmişdi. O, İspaniya Kral Futbol Federasiyasının prezidenti postuna namizədliyini irəli sürəcək.
Qeyd edək ki, İker Kasilyas "Real Madrid"in heyətində 5 dəfə İspaniya çempionluğu, 3 dəfə Çempionlar Liqası və 2 dəfə UEFA Super Kubokunu qazanıb. Ölkə yığmasının heyətində isə o, dünya və 2 dəfə Avropa çempionluğu əldə edib.