Adı “Qarabağ”la yanaşı çəkilən Alper Potukun Ağdam təmsilçisi ilə anlaşdığı iddia edilib.

Offsideplus.az Türkiyənin “Milliyet” nəşrinə istinadla xəbər verir ki, Ağdam klubu bir müddətdir oyunçu ilə danışıqlar aparır və artıq tərəflər bir neçə məsələdə anlaşıblar. Oyunçunun mövsümün sonuna qədər icarə əsasında “Qarabağ”da çıxış edəcəyi bildirilir.

“Fənərbaxça”da illik 1,2 milyon avro qazanan Alperə mövsümün yarısının maaşı ödəniləcək. “Qarabağ”ın qalan 6 ay üçün 600 min avro ödəmək gücü olmadığı üçün bəlli bir miqdar “Fənərbaxça” tərəfindən qarşılanacaq.

Xəbərdə “Qarabağ”ın oyunçunun satın alma hüququna yiyələnəcəyi qeyd olunub. Təcrübəli futbolçunun 6 aylıq performansı klub rəhbərliyi qane etsə, o zaman transfer ediləcək.

 

Seymur Teymurov